Avropa çempionatının ən gənc futbolçusu - FOTO

14 İyun 2021 09:10 Araşdırma 845
Avropa çempionatının ən gənc futbolçusu - FOTO

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropa çempionatları tarixinin ən gənc futbolçusu ünvanına sahib çıxıb.

Sportinfo.az xəbər verir ki, AVRO-2020-nin ilk turunun Xorvatiya ilə qarşılaşmasında Bellingem meydana 17 yaş 349 günündə meydana çıxıb.

Bunadək rekordçu niderlandlı Yetro Villems olub. O, 18 yaş 71 günündə ikən qitə çempionatında forma geyinib.

"Birmingem"in yetirməsi olan Bellingem 2020-ci ilin yayında 23 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubuna keçib. O, 2023-cü ilin yayınadək olan müqaviləyə imza atıb.

Daha bir maraqlı məqam ondadır ki, bu gün Avstriya ilə AVRO-2020-nin oyununda qol vuran Qoran Pandev Şimali Makedoniya yığmasında 20 il əvvəl debüt edib. O, ilk oyununa çıxdığı vaxt Bellingem həyatda olmayıb.

AVRO-2020 üçün sifariş ərizələrində ən gənc oyunçu polşalı yarımmüdafiəçi Katsler Kozlovskidir. Lakin o, hələ meydana çıxmayıb.vvvvvvvv

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"