Məşhur türk həkim koronavirusa qarşı yeni peyvənd hazırlayır

7 May 2021 15:30 Araşdırma 591
Məşhur türk həkim koronavirusa qarşı yeni peyvənd hazırlayır

Koronavirusa qarşı daha uzun müddət təsirini saxlayan peyvəndin hazırlanmasına başlanılıb.

Sportinfo.az xəbər verir ki, bunu "BioNTech"in Baş direktoru Uğur Şahin bildirib.

Onun sözlərinə görə, təsdiqlənmə mərhələsində olan COVID-19 peyvəndinin bu yeni versiyası normal soyuducularda 2-8 dərəcə arasında saxlanıla bilər və istifadə müddəti 6 ay olacaq:

"İlk (peyvənd) formulumuz -80 dərəcədə saxlanılmağa və daşınmağa məcbur idi. Bu müddətdə hələ təsdiqlənməmiş yeni bir formul üzərində işləməyə başladıq.

Bu yeni versiya peyvənd 2-8 dərəcə arasında saxlanılacaq. Çox güman ki, bu temperaturda saxlandıqda 6 aylıq saxlama müddətinə çatacağıq”.

U.Şahin deyib ki, peyvənd "Pfizer" firması ilə birlikdə hazırlanır.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da