“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

22 Aprel 2021 15:10 Araşdırma 12 033
“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

Mayın 15-dək yeni “WhatsApp” qaydalarını qəbul etməyən istifadəçilərin bir qismi messencerdən məhdud rejimdə istifadə edə biləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə messencerin saytında deyilir. İ

stifadəçilərin dəyişikliklərlə rahat tempdə tanış olması məqsədilə kifayət qədər vaxtın olması üçün onların qəbuledilmə müddəti mayın 15-dək uzadılıb.

Qeyd olunan müddətədək qaydaları qəbul etməyən istifadəçilərin “WhatsApp” hesabı ləğv olunmayacaq, lakin onun funksionallığı dəyişikliklər qəbul edilənədək məhdudlaşdırılacaq.

Yeni qaydalardan imtina edən istifadəçilər bildirişləri oxumaq və göndərmək imkanından məhrum olacaqlar – onlar yalnız zəng və bildirişləri qəbul edə biləcəklər. Abunəçilərə ya yeni qaydaları qəbul etmək, ya da yazışmalar tarixçəsini köçürmək və hesabı silmək təklif olunur.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır