Məşhur insanı Rəşad Sadıqova görə incidiblər – "Nə qazanmısız?"

1 Mart 2021 16:40 Araşdırma 1 010
Məşhur insanı Rəşad Sadıqova görə incidiblər – "Nə qazanmısız?"

Əfsanəvi braziliyalı Karlos Alberto Torreslə bağlı 2005-ci ildə ölkəsində dərc edilən Azərbaycana gəlişi ilə bağlı məqalə yenidən gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, yazıda mərhum dünya çempionunun Azərbaycan millisinə necə baş məşqçi təyin olunması vurğulanıb.

Maykl Lyuisə məxsus yazıda onun 2004-cü ildə yığmamızdan necə təklif aldığı qeyd olunub: “2004-cü ilin yanvarında Karlos Alberto evindəki hovuzunun kənarında oturaraq həyatdan zövq alırdı.

Agentinin dostu ona zəng vurdu. O, bir faks aldığını söyləyərək, bir ölkə yığmasını çalışdırmaqda maraqlı olub-olmadığını soruşdu.

Faksı görən Alberto “Bu nədir?” dedi və “Azəbaycan? Azərbaycan nə deməkdir” soruşdu. Yoldaşı da “bir ölkə yığmasıdır. Səni milliyə baş məşqçi seçiblər” cavabını verdi”.

Torresin əvvəlcə təklifi cavablandırmadığı, lakin tezliklə Azərbaycana uçduğu yazılıb: “O zaman Braziliya Futbol Federasiyasında işləyirdi. Rio de Janeyrodakı Rio İdman Vəqfində çalışırdı.

Yaxşı həyat idi, ancaq “bu barədə düşünək”, dedi. Bir həftə içində Karlos Alberto köməkçisi Marsello Kampello ilə birlikdə Azərbaycanda idi. Səhər saat 4-də Bakıya uçdular, Azərbaycan Futbol Assosiasiyasının bir neçə nümayəndəsi tərəfindən qarşılandı”.

Jurnalistin xatirəsində Torresin sonradan Azərbaycan barədə məlumat öyrəndiyi vurğulanıb: “Azərbaycanın keçmiş Sovet İttifaqından olan,

Xəzər dənizi sahilində yerləşən və neftlə zəngin bir ölkə olduğunu öyrəndi. 1966-cı ildəki dünya çempionatının finalında Ceff Herstin mübahisəli qolunun sayılmasında böyük rol oynayan laysman Tofiq Bəhramov kimi şəxsiyyət barədə öyrəndi”.

Məqalədə Karlos Albertonun həmin vaxt verdiyi müsahibədən bir hissə də dərc edilib. “Sambaçı” burada keçirdiyi dönəmi xatırlayıb. Hətta İsrailə qarşı ilk oyununu “dəhşətli” adlandırıb:

“Yoldaşlıq görüşündə İsrailə 0:6 hesabı ilə uduzduq, amma nəticə 0:10 olmalı idi. Həmin an köməkçim Marselloya dedim ki, biz burada nə edirik?”

Ancaq mərhum əfsanə yığmanı getdikcə yaxşılaşdırdığını söyləyib: “Qol vura, xal qazana bilmirdilər. Hər oyunda 0:5, 0:6, 0:7 hesabı ilə uduzurdular.

Ancaq biz artıq Uelslə, Şimali İrlandiya ilə heç-heçə edirdik. Hər iki matçda qələbə qazanmalı idik.

Komanda İngiltərəyə qarşı yaxşı oynadı, 0:1 hesabı ilə uduzdu, amma heç-heçə edə bilərdik. Çünki bərabər səviyyədə mübarizə getdi. Halbuki İngiltərəyə 0:1 uduzduğumuz üçün deyil, qələbə qazanmağa sevinməliydik”.

Karlos Alberto həmin vaxt kapitanlıq sarğısını 23 yaşlı Rəşad Sadıqova verməsindən də danışıb: “İnsanlar yanıma gələrək, bunun səbəbini soruşurdular. Azərbaycan ənənəsindən danışırdılar və bildirirdilər ki, kapitan ən yaşlı oyunçu olmalıdır. Onlardan soruşdum ki, ənənənizlə bu günə qədər nə qazanmısınız?”

Jurnalist hətta sonradan ona AFFA tərəfindən 5 illik müqavilə təklifi olduğunu da yazıb: “Torres şərtlərini qəbul etsələr, razılaşacağını bildirdi. Çünki ailəsini Azərbaycana aparmaq üçün çox yaxşı şərtlərə ehtiyacı var idi. Bu, təkcə pul deyildi”.

Digər Xəbərlər
Xəbər Lenti