Ermənilərin xaç işarəsi vurduğu məsciddən VİDEOREPORTAJ

8 İyul 2024 08:20 Hadisə 921
Ermənilərin xaç işarəsi vurduğu məsciddən VİDEOREPORTAJ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.

2021-ci ilin dekabrından Heydər Əliyev Fondu tərəfindən məsciddə bərpa işləri aparılıb.

Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib.

Məscidin ərazisindəki tarixi mədrəsə binasında hazırda “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” Mövzusunda ekspozisiya da yaradılıb.

19-cu əsrə aid olan Aşağı Gövhər Ağa məscidi Şuşanın işğalından sonra erməni vandalizminə məruz qalıb.

Aşağı Gövhər Ağa məscidindən son görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda