Mourinyo "Bavariya"nın qarşısına şərt qoydu

8 Noyabr 2019 20:15 Almaniya 897
Mourinyo "Bavariya"nın qarşısına şərt qoydu

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Bavariya"nın sükanı arxasına keçə bilər.

Sportinfo.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Münhen klubunun qarşısına şərt qoyub. Təcrübəli çalışdırıcı Almaniya çempionundan ən azı 3 illik müqavilə tələb edib. Almanların təklifi nəzərdən keçirdiyi bildirilir. Yekun qərarın milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə verilməsi gözlənilir.

Qeyd edək ki, 4 gün öncə Niko Kovaçı istefaya göndərən "Bavariya"nın siyahısında "Ayaks"dan Erik ten Haq və PSJ-dən Tomas Tuxelin də adları var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı