“Sabah”ın legionerinə cəza kəsdilər

22:40 Sabah 49
“Sabah”ın legionerinə cəza kəsdilər

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” və “Vilyarreal”la keçirəcəyi oyunlarda müdafiəçisi Eyden Makkartinin xidmətindən yararlana bilməyəcək.

Sportinfo.az xəbər verir ki, UEFA cənubi afrikalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib.

Cəzaya səbəb Makkartinin Çempionlar Liqasının 4-cü turunda Norveçdə “Vikinq”lə görüş zamanı rəqib futbolçuya zərbə endirərək qırmızı vərəqə almasıdır.

Beləliklə, mərkəz müdafiəçisi “Sabah”ın Çempionlar Liqasındakı növbəti iki qarşılaşmasını buraxacaq.

“Sabah” noyabrın 25-də Bakıda “Barselona”nı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti