Səni heç yerə buraxan deyilik, bizə hələ çox lazımsan

26 Sentyabr 2024 00:20 Almaniya 943
Səni heç yerə buraxan deyilik, bizə hələ çox lazımsan

Camal Musiala mütəmadi olaraq transfer söz-söhbətlərinin mövzusu olur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” istedadlı oyunçunu öz sıralarında saxlamaqda qərarlıdır.

Münhen klubu artıq Musiala ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.

21 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

“Bayern” və almaniyalı futbolçu arasında danışıqların başlanğıcı müsbət keçib, onların gələcək hədəfləri üst-üstə düşür. Münhenlilər ona klubda nə qədər dəyərli olduğunu başa salıb.

“Mançester Siti” Musialanı Kevin De Bruynenin yerinə almaq istəyir. “Şəhərlilər” onun üçün 100 milyon avro ayırmağa hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?