COP29

"Onun çox yaxşı komandası, parlaq perspektivləri var" - Xabi “Bayer”də qalacaq

13 Fevral 01:40 Almaniya 291
"Onun çox yaxşı komandası, parlaq perspektivləri var" - Xabi “Bayer”də qalacaq

“Bayer”in (Leverkuzen) idman direktoru Saymon Rolfes komandanın baş məşqçisi Xabi Alonsonun yaxın vaxtlarda klubu tərk etməyəcəyinə əmindir.

Sportinfo.az xəbər verir ki, o, ispaniyalı mütəxəssisin burada rahat hiss etdiyini bildirib:

“Əminəm ki, səbəblərdən biri müqavilədir. Digəri isə onun və ailəsinin Leverkuzendə özlərini rahat hiss etməsidir. Onun çox yaxşı komandası, parlaq perspektivləri var”.

Bundan əvvəl Alonsonun “Liverpul”da işləyə biləcəyi xəbərləri yayılıb.

“Bayer” (55 xal) Bundesliqada liderliyini davam etdirir və ikinci pillədəki “Bayern”lə xal fərqini 5-ə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"