COP29

"Qarabağ"ın önünə çıxdı, məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırdı

5 Dekabr 2023 02:10 Almaniya 519
"Qarabağ"ın önünə çıxdı, məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırdı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bayer 04" məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdırıb.

Sportinfo.azxəbər verir ki, Xabi Alonsonun baş məşqçisi olduğu komanda buna Bundesliqanın XIII turunda evdə Dortmund "Borussiya"sı ilə heç-heçə (1:1) etməklə nail olub.

Leverkuzen təmsilçisi rəsmi matçlarda son olaraq ötən mövsümün sonuncu turunda "Bohum"a yenilib - 0:3.

"Bayer 04" dekabrın 6-da Almaniya Kubokunun 1/8 finalda "Paderborn"la üz-üzə gələcək.

Komanda Avropa Liqasının H qrupunda 5 turdan sonra 15 xalla liderdir. Bundesliqa təmsilçisi sonuncu - VI turda Norveç "Molde"sini qəbul edəcək.

"Qarabağ" və "Molde" 7 xalla 2-3-cü pillələri bölüşdürürlər. Xalı olmayan İsveçin "Hakken" komandası sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"