
"Bayer" heyətini yeni qapıçı ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Reyms"dən Patrik Pentsi transfer edib.
Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Avstriyalı qolkiperlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Patrik Pents bu ilin yayından "Reyms"də çıxış edirdi. 26 yaşlı "əlcək sahibi" Fransa klubunun heyətində 7 matçda meydana çıxıb.
"Bayer"in digər qapıçısı Andrey Lunyovu "Qarabağ" icarəyə götürmək istəyir.