
“Barselona” rəsmi saytında “Bayern”lə polşalı hücumçu Robert Levandovskinin transferi ilə bağlı razılığa gəldiyini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı polşalı forvardla 4 mövsümlük müqavilə imzalanacaq.
Razılaşmaya 500 milyon avroluq sərbəst buraxılma maddəsi daxildir.
“Barselona” və “Bayern” Levandovskinin transferi üçün ümumilikdə 45 milyon avro+5 milyon avro bonuslar qarşılığında razılığa gəlib.
Levandovski “Bayern”də 8 mövsüm keçirib, 375 matçda 344 qol vurub və 72 məhsuldar ötürmə edib.