“Bavariya” Ronaldonu almaqdan niyə imtina etdi?

28 İyun 2022 15:20 Almaniya 790
“Bavariya” Ronaldonu almaqdan niyə imtina etdi?

“Bavariya” “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonu transfer etməyəcək.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı portuqaliyalının nümayəndələri Münhen klubuna futbolçunun “Mançester Yunayted”dəki vəziyyətindən narazı olduğu və kuboklar qazanmaq istədiyi üçün onu transfer etməyi təklif ediblər.

Xəbərdə qeyd olunur ki, Ronaldonun transferi “Bavariya”da əməkhaqqı strukturuna ciddi təsir edə biləcəyindən, klub rəhbərliyi hücumçudan imtina edib.

Eyni zamanda, münhenlilər komandada öz maraqlarını klubun maraqlarından üstün tutan futbolçunun olmasını istəmirlər.

Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti