"Barselona" bu dəfə Levandovskini transfer edə biləcək?

20 İyun 2022 15:40 Almaniya 463
"Barselona" bu dəfə Levandovskini transfer edə biləcək?

“Bavariya"Nın idman direktoru Hasan Salihamiciç mətbuatdakı açıqlamaları ilə bağlı komandanın hücumçusu Robert Levandovski ilə söhbət etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi polşalı futbolçuya sakitləşməli olduğunu dediyini bildirib:

“Levandovskinin klubla 2023-cü ilə qədər müqaviləsi var və biz onun “Bavariya"da olmasından çox şadıq.

Düşünürəm ki, indi vəziyyət sakitləşəcək. Biz onun ictimai açıqlamalarından danışdıq və hamımızın sakitləşməsinin lazım olduğunu söylədik”.

Daha əvvəl 33 yaşlı Levandovski bu yay “Bavariya"dan ayrılmaq qərarını verərək, Münhendəki karyerasının bitdiyini və artıq klubda oynamaq istəmədiyini bildirmişdi. “Barselona” polşalı futbolçunu transfer etmək üçün əsas namizəddir.

Levandovski 2014-cü ildən “Bavariya"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!