Naxçıvan klubu yenidən Azərbaycan çempionatında!

24 Noyabr 2020 19:00 I Divizion 1 333
Naxçıvan klubu yenidən Azərbaycan çempionatında!

AFFA ilə Naxçıvan Futbol Federasiyası arasında yeni razılıq əldə olunub.

Anlaşmaya əsasən. «Araz Naxçıvan» növbəti mövsümdən etibarən Azərbaycan I Divizionunda çıxış etməlidir.

AFFA bundan irəli gələn təşkilati və maliyyə məsələlərinin həllində bölgə klubuna yardımçı olacaq. Klubun büdcəsinin əsas hissəsi qurum vasitəsilə SOCAR-dan ayrılacaq.

«Araz Naxçıvnn» sonuncu dəfə 2013/14-cı il mövsümündə I Divizionda mübarizə aparıb. Onda çempionatın qalibi olan komanda Əsgər Abdullayevin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb.

Lakin «Araz»ın elitaya dönüşü qısa sürüb. Muxtar Respublika təmsilçisi hakimlərin qərəzli münasibətinə etiraz əlaməti olaraq, sezonun ilk yarısında - qış dövrəsinə bir qədər qalmış çıxışını dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti