Millinin məşqçisinin oğlu xilaskarlıq etdi - VİDEO

7 Oktyabr 2023 08:40 I Divizion 951
Millinin məşqçisinin oğlu xilaskarlıq etdi - VİDEO

Azərbaycan I Liqasında IV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Mingəçevir" doğma meydanda "İmişli"ni qəbul edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Elsəvər Bəkirzadə 32-ci dəqiqədə hesabı açıb. Bundan 40 dəqiqə sonra millinin məşqçisi Arif Əsədovun oğlu Gülağa Əsədov qonaqları məğlubiyyətdən xilas edib.

4 turdan sonra hər iki komanda 4 xal toplayıb və turnir cədvəlində 6-7-ci yerləri bölüşürlər.

"Mingəçevir" - "İmişli" 1:1

Qollar: Elsəvər Bəkirzadə, 32 - Gülağa Əsədov, 72

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı