"Bizə deyilməmişdi ki, pulun yarısını götürün, yarısı sonra ödəniləcək"

22 Aprel 2020 10:30 I Divizion 1 591
"Bizə deyilməmişdi ki, pulun yarısını götürün, yarısı sonra ödəniləcək"

"Maaşlar bu ay hər zamankından tez verilib. Həmişə bu ayın maaşını digər ayın 20-dən sonra alırdıq.

Martın əməkhaqqısını bu günlərdə almalı idi ki, amma rəhbərlik ayın əvvəlindən yarısını hesaba köçürüb. Bunu koronavirusa pandemiyası ilə bağlı yaranmış fasiləyə görə belə ediblər.

Rəhbərlik evdə qaldığımızı fikirləşib, maaşın, heç olmasa, yarısını tez verməyə qərar verib. Qalan hissəsini isə ayın axırına kimi verəcəklərini deyiblər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib. I Divizionda mübarizə aparan şimal klubunun çalışdırıcısı məvaciblərin tam köçürülməməsi ilə bağlı ona kiminsə şikayət etmədiyini, amma bundan narahat olan futbolçuların olduğunu bildirib:

"Maaşlar tam ödənilməyib deyə, şəxsən özümlə əlaqə saxlayan, narazılıq bildirən futbolçu olmayıb. Bir iki nəfər kapitanla və köməkçimlə danışıb ki, maaşın qalan hissəsi veriləcəkmi? Veriləcəksə nə vaxt veriləcək?

Biz də rəhbərliklə danışdıq, dedilər ki, ayın sonuna kimi pulun qalan hissəsi də ödəniləcək. Öncədən bizə deyilməmişdi ki, pulun yarısını götürün, digər yarısı sonra ödəniləcək. Bunu sonradan klub rəhbərliyi bizə bildirdi".

Digər Xəbərlər
Xəbər Lenti