"Kəpəz"in sabiq prezidenti işdən çıxarıldı - İSLAHAT BAŞLADI

18 Aprel 2020 15:45 I Divizion 1 002
"Kəpəz"in sabiq prezidenti işdən çıxarıldı - İSLAHAT BAŞLADI

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu işindən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, Elmar Vəliyevin oğlu Elmir Vəliyev Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri vəzifəsində çalışırdı.

Milli Məclisin Aparatı və İşlər İdarəsində köklü islahatlar aparıldiğindan .Azərbaycan parlamentinin Aparatı buraxılıb

Elmir Vəliyev "Kəpəz" futbol klubunun prezidenti olub. O, 2015-ci ilin may ayından Müşahidə Şurasının sədri vəzifəsində çalışıb. Atası Elmar Vəliyev 2004-2011-ci illərdə Yevlax, 2011-2018-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçı olub.

2018-ci il iyulun 3-də silahlı hücuma məruz qalaraq ağır yaralanıb və həmin ilin 28 avqustunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bundan bir müddət sonra Elmir Vəliyev "Kəpəz" klubundan ayrılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!