AFFA I Divizion klublarının puluna 50% "toy tutdu"

14 Aprel 2020 10:30 I Divizion 1 430
AFFA I Divizion klublarının puluna 50% "toy tutdu"

AFFA-dan maliyyələşən I Divizion klubları çətin vəziyyətlə üzləşib.

Sportinfo.az-ın məlumatına görə, federasiya mart ayının ödəmələrini yarıbayarı azaldıb.

Belə ki, «Turan Tovuz», «Kəpəz» və «Zaqatala»ya ayrılan maaş büdcəsinin 50 faizi verilib. Federasiya durumu koronavirusla əlaqələndirib, iddia olunub ki, böhranın davam etməsi nəticəsində maliyyə çətinliyi yaranıb.

Aşağı dəstə iştirakçılarının nəzərinə çatdırılıb ki, bu, aprel və may aylarında da təkrarlana bilər. Başqa sözlə, qurum ödəmələrin tam, yoxsa yarıbayarı verilməsinin virusdan asılı olmasına diqqət çəkib.

Digər Xəbərlər
Xəbər Lenti