Azərbaycanlı baş məşqçi: "60 yaş nə azdı, nə də ki, çox"

9 Aprel 2020 10:38 I Divizion 588
Azərbaycanlı baş məşqçi: "60 yaş nə azdı, nə də ki, çox"

60 yaşını qeyd edən “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə yubileyi münasibətilə klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, əvvəllər oyunçu kimi Azərbaycan futboluna xidmət edən təcrübəli mütəxəssis hazırda məşqçi qismində futbolun inkişafına çalışır.

O, təbriklərlə bağlı danışıb: “Təbriklərə görə, hamıya minnətdaram. Həmkarlar, dostlar, jurnalistlər diqqət göstərərək təbrik ediblər. 60 yaş nə azdı, nə də ki, çox (gülür). Amma fakt odur ki, 60 yaşımız tamam olur.

Futbol həyatı bir göz qırpımında gəlib keçir. Oynadığım dövrlər yada düşür. Hərdən köhnə kadrlara baxıb yada salırsan. Məşqçilik həyatı tamam başqadır.

Futbol kollektiv idman növü olsa da, oyunçu ən çox öz oyununa cavabdehdir. Lakin məşqçi bütün komandaya görə məsuliyyət daşıyır. Nəticə birbaşa məşqçinin üzərindədir”.

Koronavius pandemiyası həyatın bütün sahələrinə təsir etdiyi kimi Yaşar Vahabzadənin 60 illik yubileyi ilə bağlı arzularından yan ötməyib: “Təmtəraqlı ad günü keçirməyi sevmirəm.

Hər halda məlum hadisələr baş verməsəydi, yaxın dostlarla, yoldaşlarla bir yerə yığışıb məclis təşkil edəcəkdik. Qismət belə oldu. Bu gün karantin rejimindəyik. Evdə qalmalıyıq, qaydalara riayət etməliyik. Hazırda ön planda budur”.

Çempionatın dayandırılması bütün komandaları məşqsiz qoyub. Futbolçular, məşqçilər ümumiyyətlə, bu sahədə çalışanlar evdə qalmağa məcbur olub:

“Evdə qalıb neyləyirik? Televizora baxırıq, indi internet dövrüdür. İdmanla məşğul oluruq. Öz sahəmizlə bağlı müəyyən işlər görürük. Ümid edirik ki, bu yaxın vaxtlarda karantin rejimi başa çatacaq. Məşqlərə başlayacağıq, çempionat bərpa olunacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı