Qurban Qurbanovun oğlu "Neftçi"ni də boş keçmədi

13 Mart 2020 17:52 I Divizion 1 270
Qurban Qurbanovun oğlu "Neftçi"ni də boş keçmədi

Bu gün I Divizionda XIX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Səbail-2”nin “Zirə-2” ilə qolsuz bərabərə qalması liderin dəyişməsiylə nəticələnib.

Belə ki, «Turan» Şəmkirdə «Keşlə-2»yə 1:0 qalib gəlməklə, zirvəni ələ keçirib. Çempionluq mücadiləsi verən «Zaqatala» isə Lökbatanda «Qaradağ»ı darmadağın edib - 1:7.

«Neftçi» ilə «Qarabağ»ın əvəzedicilərinin görüşünə gəlincə, tərəflər meydandan sülhlə ayrılıb. Qurban Qurbanovun oğlu Musa Qurbanlı bu dəfə keçmiş klubunu məyus edib.

“Neftçi-2” - “Qarabağ-2” 2:2
Qollar
: Elnur Süleymanov, 7 (pen.), Asim Əlizadə, 50 - Musa Qurbanlı,9, Kamran Məmmədov, 35

“Qaradağ Lökbatan” - “Zaqatala” 1:7
Qollar
: Xaliq İbrahimov, 38 (pen.) - Xəyal Əmirli, 9, Roini İsmayılov, 62, 69, Famil Camalov, 65 (pen.), 77, Bəhruz Teymurov, 89, Maqsud Ələkbərov, 90+5

“Səbail-2” - “Zirə-2” 0:0

“Turan Tovuz” - “Keşlə-2” - 1:0
Qol
: Səbayıl Bağırov, 90+1

“Kəpəz” - “Sabah-2” - 1:0
Qol:
Elcan Rəhimov, 43

Digər Xəbərlər
Xəbər Lenti