"Kəpəz" yeni himayədarına sağ ol deyə bilmədi - İKİ FOTO

13 Fevral 2020 17:38 I Divizion 1 303
"Kəpəz" yeni himayədarına sağ ol deyə bilmədi - İKİ  FOTO

Azərbaycan 1-ci divizionunda 15-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. «Neftçi» və «Sumqayıt»ın əvəzedicilərinin görüşündən birincilər qalib ayrılıb. Mahmud Qurbanovun çalışdırdığı «ağ-qaralar» qonaqların qapısından 4 cavabsız top keçirib.

«Turan Tovuz» Lökbatanda «Qaradağ»ı çətinliklə üstələyib. «Kəpəz» isə Gəncədə qələbəni son dəqiqədə əldən verib. «Keşlə-2» 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb - 3:3.

Bu matçla bağlı daha bir maraqlı hadisə «Kəpəz»in yeni sponsoru - Gəncə Beynəlxalq Xəstəxanasının tanıtım lövhəsinin stadionun giriş və çıxış qapılarına vurumasıdır.

"Kəpəz"– "Keşlə-2" - 3:3
Qollar:
Tural Qürbətov, 34, 68, Ümid Səmədov, 43 – Elmir Rəhimzadə, 11 (pen), 90+5, Pərviz Azadov, 64

"Neftçi-2" – "Sumqayıt-2" - 4:0
Qollar
: Vüsal Əsgərov, 25, İsmayıl Zülfüqarlı, 47, İlyas İlyasov, 66-avtoqol, Muxtar Əliyev, 68
Qırmızı vərəqə: Eldost Qiyasbəyli, 78 (“Sumqayıt-2”)

"Qaradağ Lökbatan" – "Turan Tovuz" - 1:2
Qollar
: Rüstəm Nuriyev, 55-avtoqol – Fərid Məmmədov, 14, Aqşin Muxtaroğlu, 27
Qırmızı vərəqə: Əzəmət Ələkbərli 90+5 (“Turan Tovuz”)

Digər Xəbərlər
Xəbər Lenti