“Şəmkir“in sponsoru indi də “Kəpəz”i himayəsinə götürdü

13 Fevral 2020 13:40 I Divizion 1 202
“Şəmkir“in sponsoru indi də “Kəpəz”i himayəsinə götürdü

Gəncə Beynəlxalq Xəstəxanası “Kəpəz”ə sponsorluq edəcək.

Bununla bağlı tərəflər arasında müqavilə bağlanıb. Mövsümün sonuna kimi nəzərdə tutulan anlaşmanı “Kəpəz”in icraçı direktoru İlqar Nadiri ilə Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru İlkin İsmayılov imzalayıb.

Razılaşmaya əsasən, komandanın formalarında xəstəxananın adı əks olunacaq. Bu, Gəncə Beynəlxalq Xəstəxanasının futbol təsərrüfatına növbəti qayıdışıdır.

Sözügedən tibb mərkəzi 2016-2017-ci illərdə «Şəmkir»ə sponsorluq edib.

Həmin vaxt keçmiş vergilər naziri Fazil Məmmədova yaxınlığı ilə bilinən şəxslərin kurasiya etdiyi səhiyyə ocağı «Şəmkir»ə hər ay 25 min manat ayırırdı. Üstəlik, xəstəxana klubun I Divizionda iştirakı üçün Peşəkar Futbol Liqasına 300 min manatlıq bank zəmanəti almışdı.

Gəl ki, «Şəmkir»in prezidenti Elvin Səfərlinin adının qeyri-leqal bukmeyker kontorlarıyla yanaşı hallanması həm bu əməkdaşlığa, həm də komandanın varlığına son qoydu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti