"Kəpəz”in çalışdırıcısı: "Kimin hansı səviyyədə olduğunu gördük.”

7 Fevral 2020 18:20 I Divizion 808
"Kəpəz”in çalışdırıcısı: "Kimin hansı səviyyədə olduğunu gördük.”

Bakcell U-17 Liqasında qış fasiləsi başa çatmaq üzrədir.

Sportinfo.az xəbər verir ki, kollektivlər XV turun oyunları üçün meydana çıxacaqlar. Tur çərçivəsində "Kəpəz”in müvafiq komandası evdə "Tufan”la oynayacaq.

İlham Səmədovun yetirmələri çempionata məşqləri Gəncə şəhər stadionunun süni örtüklü meydançasında keçirib. Təcrübəli mütəxəssis hazırlıqla bağlı klubun mətbuat xidmətinə açıqlama verib:

"Yanvarın 5-dən məşqlərə başlamışıq. İlk iki həftəni fiziki hazırlıq üzərində çalışmışıq. Yoldaşlıq görüşləri keçirmişik. Sonra taktiki-texniki yöndə işlədik və yenə yoldaşlıq oyunları saldıq.

Uşaqların vəziyyətini daim diqqətdə saxlamışıq, onlarla maraqlanmışıq. Daha çox nəzarət edirik. Məqsədimiz "Kəpəz”in əsas komandasına oyunçu yetişdirməkdir. Arzu edirəm ki, bu heyətdən ora düşənlər olsun”.

Komanda hazırlıq planına uyğun olaraq yoxlama oyunlarına da çıxıb. Səmədovun futbolçuları "Kəpəz”in əsas komandası (0:5) ilə yanaşı, klubun 15 yaşlıları (5:0) və Region Liqasında Gəncəni təmsil edən "Qoşqar” (5:7), (3:4) ilə qarşılaşıblar.

Məşqçi belə matçların futbolçuları iş başında görmək üçün əla fürsət olduğunu deyib: "Komanda normal səviyyədədir, uşaqlar əzmkarlıqla məşq edib, oyunlara çıxdılar. Özlərini ən yaxşı tərəfdən göstərməyə çalışdılar.

Düzdü, çatışmayan cəhətlər də var. Bunun üzərində daha çox işləməli və aradan qaldırmalıyıq. Yoxlama oyunlarının nəticələri önəmli olmasa da, futbolçulara qiymət vermək baxımından vacib əhəmiyyət daşıyır. Kimin hansı səviyyədə olduğunu gördük.”

Əsas komandanın baş məşqçisi Yaşar Vahabzadənin gənclərlə işləməyə üstünlük verməsi 17 yaşlı futbolçuları daha da stimullaşdırır. Oyunçular əsas komandaya düşmək üçün ciddi cəhdlə çalışırlar:

" Heyətimizdə bacarıqlı, istedadlı uşaqlar var. Mövsümün əvvəlində Ümid Səmədov əsas komandaya dəvət aldı və demək olar ki, əsas heyətin üzvüdür.

Yaşar müəllim daim 3-4 futbolçumuzu məşqlərə dəvət edir. Bu, olduqca sevindiricidir. Digərləri də qarşılarına eyni məqsəd qoyublar və buna can atırlar”.

Digər Xəbərlər
Xəbər Lenti