U-21 yığmasının yarımmüdafiəçisi Famil Camalov Azərbaycana qayıdıb.
Bu barədə Sportinfo.az-a "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov məlumat verib. O, gənc futbolçunun Şimali Kipr klublarına keçidinin reallaşmasının səbəblərini belə açıqlayıb:
"Famil 10 gündən artıq müddətdə orada olub, iki klubda baxışdan keçib. Beş yoxlama oyununda meydançaya çıxıb, 7 qol vurub. İstəyiblər qalsın. Konkret müqavilə təklif ediblər.
Familin mənə dediyinə görə, Kiprdə terror təhlükəsi var, siyasi vəziyyət bir o qədər də yaxşı deyil. Bu müddətdə çox narahatlıq keçirib. Ona görə də meneceri və ailəsi ilə məsləhətləşdikdən sonra Azərbaycana qayıdıb.
Açığı, Camalovla yayda müqavilə bağlayanda, aramızda bir söhbət olmuşdu. Bizə demişdi ki, qışda xaricdən təklif alsam, buraxarsız, gedim. Biz də razılaşmışdıq.
Sadəcə, o, Kiprə yollanmazdan əvvəl bizə məlumat verməliydi, verməyib. Klubumuzun daxili nizam-intizam kodeksi var. İndi buna uyğun hərəkət edəcəyik, ölçü götürəcəyik".

