UEFA AFFA-dan narazı qaldı - SİZ BU PULU NƏ EDİRSİZ?

27 Yanvar 2020 18:45 I Divizion 1 651
UEFA AFFA-dan narazı qaldı - SİZ BU PULU NƏ EDİRSİZ?

UEFA AFFA-nın məşqçi kurslarına xərclədiyi vəsaiti araşdırıb.

Sportinfo.az-ın məlumatına görə, Avropa futbol qurumu hesabatdan narazı qalıb.

UEFA təşkilatçılığı normal səviyyədə təşkil etməməsini federasiyaya irad tutub. Belə ki, C, B və A kateqoriyaolı seminarlarda iştirak edənlərə AFFA tərəfindən normal şərait yaradılmayıb.

UEFA-nın bu məsələyə qarışmaq və münasibət bildirmək hüququ mövcuddur. Çünki kurslara maliyyəni məhz adıçəkilən təşkilat ayırır. Bu, Avropanın hər yerində belədir.

UEFA vəsait ödəməklə kifayətlənmir, onun hara və necə sərf olunmasına nəzarəti də özündə saxlayır. AFFA-nın təqdim etdiyi hesabatda otel və qida xərcləri əsas yer tutub. Elə UEFA-nın xoşuna gəlməyən də bu olub.

Qurum kurslara qatılan məşqçilərin xarici ölkələrə səfərlərini təşkil etməməsini qəbahət sayıb və buna görə AFFA-ya etiraz dolu məktub ünvanlayıb.

Digər Xəbərlər
Xəbər Lenti