"Kəpəz"i Bayıldan əliboş yola saldılar

25 Yanvar 2020 17:55 I Divizion 907
"Kəpəz"i Bayıldan əliboş yola saldılar

Qış hazırlığını davam etdirən birinci divizion təmsilçisi "Kəpəz" növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, ilk yoldaşlıq görüşündə "Turan Tovuz"la 1:1 hesablı bərabərə qalan Yaşar Vahabzadənin komandası "Səbail"in əvəzediciəri ilə qarşılaşıb.

Hazırlığın ikinci mərhələsi üçün Bakıda məskunlaşan Gəncə klubu Bayıl təmsilçisinə "ASCO Arena"da 0:1 hesabı ilə məğlub olub.

"Kəpəz" növbəti yoxlama matçını yanvarın 28-də ASK Arenada "Keşlə-2"yə qarşı keçirəcək. Oyun saat 12:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti