"Sumqayıt" iranlılara 1:1 "qucaq açdı"

24 Yanvar 2020 09:00 I Divizion 866
"Sumqayıt" iranlılara 1:1 "qucaq açdı"

I Divizionun 2-ci dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzediciləri növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Sumqayıt Arena”nın ehtiyat meydançasında İranın aşağı liqa təmsilçisi “Rekord” ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Sumqayıt-2”-nin qolunu Nurlan Quliyev rəqib qapısından keçirib. Yoxlama oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Zaur Hidayətov oyun və komandanın təlim-məşq toplanışı barədə fikirlərini bildirib:

“Yoxlama görüşü olsa da, oyun qarşılıqlı mübarizə şəraitində keçdi. Komandanın göstərdiyi oyundan razı qaldım. Hər hissədə fərqli heyətlə oynadıq ki, bütün oyunçuların meydanda nəyə qadir olduqlarını görə bilək.

Ayın 8-dən təlim-məşq toplanışına başlamışıq. Klub tərəfindən toplanış üçün şərait yaradılıb. Bildiyiniz kimi, artıq ikinci yoxlama oyunumuzu keçirdik. 2 günlük istirahətdən sonra yenidən məşqləri bərpa edəcəyik. Ayın 30-da isə “Qarabağ”ın əvəzediciləri ilə oyunu planlaşdırırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"