Mikayıl İsmayılovu nüfuzdan salan klubun aqibəti – NECƏ OLACAQ?

22 Yanvar 2020 11:06 I Divizion 1 388
Mikayıl İsmayılovu nüfuzdan salan klubun aqibəti – NECƏ OLACAQ?

AFFA ötən ayın əvvəlində danışılmış oyunlarla bağlı növbəti qərarını verdi, 23 futbolçu «silindi». Ən ağır zərbəni “Ağsu” aldı.

I Divizionda mübarizə aparan bölgə təmsilçisinin 12 üzvü məlum səbəbdən klubdan qovuldu. Ardınca komandanın icraçı direktoru Rəşad Kərimov və bir neçə işçi futboldan uzaqlaşdırıldı.

Yaxınlarda əlaqə saxladığımız baş məşqçi Zaur Əsədov «Ağsu»nun fəaliyyətini dayandırmaq ehtimalını təkzib etməmişdi.

Artıq qış fasiləsi başa çatmaq üzrədi. Demək olar ki, divizion komandalarının hamısı təlim-məşq toplanışına start verib. Yalnız “Ağsu”dan səs-səmir çıxmır.

Sportinfo.az-ın məlumatına görə, durğunluq Mikayıl İsmayılovla əlaqədardır. “AzQranata“ şirkətinin qeyri-rəsmi sahibi klubda yaşanan hadisələrdən bərk qəzəblənib.

“Neftçi“nin də həmtəsisçisi olan İsmayılov boya-başa çatdığı rayonun komandasında baş verənlərdən xəbər tutunca, aidiyyatlı şəxsləri bir araya gətirib və onları danlayıb.

SOCAR-ın vitse-prezidenti “Ağsu“ya görə adına söz gəlməsinin yolverilməz olduğunu və “AzQranata“nın futbola maliyyə dəstəyini birdəfəlik dayandıracağını bildirib.

Hələ ki, İsmayılovun qəzəbini soyudan, yaxud fikrindən daşındıra bilən şəxs ortalığa çıxmayıb. Lakin “Ağsu“nun mövsümü başa vurmadan dağılacağını söyləmək tezdir.

Yəqin ki, AFFA işə qarışacaq və komandanın heyətini 16-17 yaşlılardan formalaşdırması şərtiylə çempionatın qalan hissəsində iştirakına icazə verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"