Qərb klubundan xəbər gəldi: "Bu, maya qaldı"

16 Yanvar 2020 12:04 I Divizion 1 083
Qərb klubundan xəbər gəldi: "Bu, maya qaldı"

"Akademiyada işlər davam edir". Bu sözləri Sportinfo.az-a açıqlamasınla "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev deyib.

Tovuz stadionu 4 aydır təmirə bağlanıb. İdman qurğusunda aparılan inşaat işlərinin əsas hissəsi artıq görülüb.

"Turan Tovuz"u Premyer Liqaya qaytarmağa hazırlaşan AFFA-nın maliyyə dəstəyi ilə arenada və bazada aparılan yenidənqurmanın martın ortasınadək başa çatdırılması planlaşdırılır.

N.Nəbiyevi dinləyək: "Meydançalarda işlər demək olar, tamamlanıb. Bir ot örtüyü qalıb, o da yaxın vaxtlarda gəlməlidir. Bütün yaş qruplarının məşq etməsi üçün hazırda şərait yoxdur.

Ona görə də rayon ərazisindəki şexsi meydançalarda müvəqqəti məşq edirlər. Əsas meydançada ancaq birinci komanda məşq keçir. Baza tamamilə yenidən tikilir. İndi həm idarə heyəti, həm də futbolçular üçün kirayə evlərdən istifade edirik. Tribunada oturacaqların bir hissəsi quraşdırılıb, o biri tərəfdə isə işlər hələ gedir.

İşıq sisteminin böyük hissəsi görülüb. Meydançaların, tribunaların, soyunub-geyinmə otaqlarının qısa müddətdə, hardasa 40-50 günə hazır olacağına inanıram. Tikintinin bütün xərcləri AFFA tərəfindən rəsmi qaydada ödənilir. Akademiyaya gəlincə, bu, böyük ehtimalla, may ayına çəkəcək".

Digər Xəbərlər
Xəbər Lenti