"Özüylə danışmışıq, deyir ki, bezmişəm, qayıtmaq istəyirəm"

15 Yanvar 2020 11:06 I Divizion 2 052
"Özüylə danışmışıq, deyir ki, bezmişəm, qayıtmaq istəyirəm"

«O, bizə demişdi ki, bəzi təkliflər alıb, amma konkret hara gedəcəyi ilə bağlı məlumat verməmişdi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Xəbər verdiyimiz kimi, Famil Camalovu menecerlər aldadıb. I Divizionda çıxış edən “Zaqatala”nın 21 yaşlı hücumameyilli yarımmüdafiəçi UEFA-nın tanıdığı Cənubi Kirpdə yox, Şimali Kiprə yollanıb.

Halbuki meneceri onun AEL-də oynayacağını bildirmişdi. I Divizionda oynayan futbolçunun Kipr elitasında mübarizə aparan Limassol təmsilçisindən təklif alması isə heç inandırıcı gəlmirdi və məlum olub ki, o aldadılıb.

Moskva doğumlu Famil Camalov əvvəllər “Qarabağ”ın aşağı yaş qruplarında ibarət komandasında oynayıb. Rüstəm Məmmədov yarımmüdafiəçi ilə təmasda olduqlarını və onun qayıtmaq istədiyini bildirib:

«İki gün əvvəl əlaqə saxlamışdıq, demişdi ki, Cənubi Kipr klubuna getməsi alınmayıb. AEL-lə danışıqları baş tutmadığı üçün Şimali Kiprə yollanıb.

Ona izah etdim ki, getdim-gəldim məsələsi elə-belə şey deyil, peşəkara yaraşmayan hərəkətdir. Hələlik heç bir yerli klubla müqavilə bağlamayıb, yalnız məşq edir.

Özü də dedi ki, bütün işləri meneceri danışır, ona variant axtarır. Familin meneceriylə nə anlaşması varsa, biz onu tam bilmirik. Ancaq futbolçu geri qayıtmaq istəyir.

Hər dəfə menecerinin adını çəkir. Hər işi o həll edir deyə, Famil bu vəziyyətə düşüb. Deyir ki, bezmişəm bu məsələlərdən, qayıdıb yenidən "Zaqatala"da oynamaq istəyirəm.

Başqa ölkəyə getsə, onu buraxmaq üçün müəyyən şərtlərimiz olacaq. Şimali Kiprdə qalıb müqavilə bağlasa, biz daha heç nə edə bilmərik.

Çünki UEFA və FİFA-nın qanunları orada işləmir. Orada bir klubda olub, indi də başqasına gedib. İki-üç günə bilinəcək ki, işi alınır, ya alınmır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"