"Yəqin ki, AFFA Premyer Liqada çıxış etməyimizə icazə verəcək"

9 Yanvar 2020 22:25 I Divizion 3 044
"Yəqin ki, AFFA Premyer Liqada çıxış etməyimizə icazə verəcək"

"Biz də ümid edirik ki, gələn mövsüm Premyer Liqada klubların sayı artırılacaq". Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Əyalət təmsilçisi I Divizionda qış fasiləsinə çıxıb. Komanda 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Məmmədov bildirib ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin elitaya namizədlər arasında "Turan-Tovuz"la "Kəpəz"in adını çəkib, "Zaqatala"nı yaddan çıxarması onları ruhdan salmır:

"Hər şey bizim özümüzdən asılıdır. Əvvəlcə, Premyer Liqaya layiq olduğumuzu sübut etməliyik. Bu, komanda olaraq bizdən, yəni, məndən və futbolçulardan asılıdır.

Çempionatı medalçılar sırasında başa vurmaq əsas məqsədimizdir. Ondan sonra hər şey klub rəhbərliyindən və AFFA-dan asılıdır. Lisenziyalaşdırma proqramının şərtlərini yerinə yetirə bilsək,

"Zaqatala"ya da bir sponsor tapılsa, yəqin ki, AFFA Premyer Liqada çıxış etməyimizə icazə verəcək. Ramin Musayev o cür açıqlama veribsə, biz əl-qolumuzu yanımıza salmamalıyıq.

Mübarizə aparmalıyıq, özümüzü göstərməliyik. Əlbəttə, istəmərik ki, "Zaqatala" turnir cədvəlində həmin komandalardan aşağıda olsun. "Turan"la "Kəpəz" bizi gəlib keçsə, deməyə sözümüz qalmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti