Ukrayna klubu Qurbanovu baxışa çağırdı – RƏSMİ TƏKLİF

9 Yanvar 2020 18:48 I Divizion 3 614
Ukrayna klubu Qurbanovu baxışa çağırdı – RƏSMİ TƏKLİF

Ukrayna birinci liqasında yarışan “Rux” qapıçı Cavid Qurbanova dəvət ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı rəsmi məktub futbolçunun klubu “Kəpəz”ə göndərilib.

Klubun prezidenti Qriqori Kozlovkskinin adından ünvanlanan məktubda 17 yaşlı Cavid yanvarın 15-dən klubla ilkin tanışlıq və bəzi məşqlərdə iştirak üçün iki həftəliyə Lvova dəvət olunub.

Məktubda "Kəpəz" klubundan futbolçunun “Rux”un düşərgəsinə getməsinə icazə verməsi və mümkün transfer şərtləri ilə bağlı danışıqlara başlaması xahiş olunub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?