Klub prezidenti: "Burada bəzi qaranlıq məqamlar var"

7 Yanvar 2020 21:37 I Divizion 1 125
Klub prezidenti: "Burada bəzi qaranlıq məqamlar var"

"O, kluba xəbər vermədən Kiprə yollanıb". Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.

I Divizion klubunun rəhbəri Famil Camalovun AEL-ə getməsi haqda yayılan xəbərlərin əsassız olduğunu bildirib və futbolçusunun Şimali Kiprdə (Quzey Kıbrıs) baxışda olduğunu deyib:

"Bu futbolçunun bizimlə müqaviləsi var. Kipr klubu bunu bilə-bilə ona dəvət göndərməz və müqavilə bağlamaz.

Çünki sonra UEFA-nın onları böyük məbləğdə cərimə edəcəklərini bilirlər. Şimali Kiprdə isə UEFA və FİFA-nın qanunları işləmir. Məndə olan məlumata görə, Famili Şimali Kiprə baxışa aparıblar. Deyəsən, indi də işi alınmır. Yaxınlarda geri qayıtmalıdır. Mənə elə gəlir ki, burada bəzi qaranlıq məqamlar var.

Familin öz xoşuyla Şimali Kiprə getmədiyini eşitmişəm. Sözün açığı, bilmirəm onu ora kim aparıb. Hər halda yerli menecer bu cür hərəkəi etməz".

Digər Xəbərlər
Xəbər Lenti