I divizionda 6-cı tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, bu gün turun son 2 oyunu keçirilib.
"Səbail-2" "Zirə"nin əvəzedici heyəti üzərində böyük hesabla qələbə qazanıb - 5:1.
"Zaqatala" isə öz meydanında "Qaradağ Lökbatan"ın qapısından 2 cavabsız top keçirib. Qonaqların heyətində Aqşin Eyyubov qırmızı vərəqə ilə cəzalanıb.
“Zaqatala” - “Qaradağ Lökbatan” - 2:0
Qollar: Famil Camalov, 46, Bəhruz Teymurov, 50
“Zirə-2” - “Səbail-2” - 1:5
Qollar: Vüsal Əliyev, 74 - Ülvi İbazadə, 45+1, Vidadi Cəfərov, 64, 84, Əli Sadıxov, 69; Xəlil Bəşirov, 82
1 oktyabr
“Qarabağ-2” - “Neftçi-2” - 3:0
3 oktyabr
“Keşlə-2” - “Turan Tovuz” - 2:0
“Ağsu” - MOİK - 0:4
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Turan Tovuz | 6 | 5 | 0 | 1 | 14-7 | 15 |
| 2 | Səbail-2 | 6 | 4 | 1 | 1 | 14-7 | 13 |
| 3 | Sabah-2 | 6 | 4 | 0 | 2 | 8-6 | 12 |
| 4 | Qarabağ-2 | 5 | 3 | 0 | 2 | 15-7 | 9 |
| 5 | Kəpəz | 6 | 2 | 3 | 1 | 7-7 | 9 |
| 6 | MOİK | 5 | 2 | 2 | 1 | 9-7 | 8 |
| 7 | Sumqayıt-2 | 5 | 2 | 2 | 1 | 5-4 | 8 |
| 8 | Neftçi-2 | 6 | 2 | 1 | 3 | 8-7 | 7 |
| 9 | Zaqatala | 5 | 2 | 1 | 2 | 5-4 | 7 |
| 10 | Keşlə-2 | 5 | 1 | 2 | 2 | 7-8 | 5 |
| 11 | Ağsu | 6 | 1 | 1 | 4 | 5-13 | 4 |
| 12 | Zirə-2 | 5 | 1 | 0 | 4 | 7-18 | 3 |
| 13 | Qaradağ Lökbatan | 6 | 0 | 1 | 5 | 4-13 | 1 |
|
BOMBARDİR: Musa Qurbanlı ("Qarabağ-2") - 6 qol Qeyd: İntizam Komitəsinin qərarına əsasən II turda "Sumqayıt-2" komandasına 0-3 hesablı texniki məğlubiyyət verilib |
|||||||

