Azər Bağırov "Turan Tovuz"da nələri dəyişib?

3 Oktyabr 2019 18:41 I Divizion 1 535
Azər Bağırov "Turan Tovuz"da nələri dəyişib?

"Bura gəldiyim gündən çalışdım ki, futbolçlarda özünəinam hissi yaradaq. Hələlik bunu bacarırıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Azər Bağırov deyib.

I Divizionda ilk 5 tur arxada qalıb və Qərb klubu maksimum xal toplayaraq, turnir cədvəlinin zirvəsində yer alıb. Tovuzlular ən yaxın izləyicisi "Sabah-2"ni 3 xal qabaqlayır.

"Uğurun davamının gəlməsi üçün futbolçuların əhval-ruhiyyəsinin yüksək olması vacib şərtdir. Turdan-tura oyunumuz da tədricən yaxşılaşır.

İstəyirəm ki, komandanın oyununda "məşqçi əli" görünsün. Bunu yavaş-yavaş edirik. "Turan"da istedadlı uşaqlar həddindən artıq çoxdur. Sadəcə, onlara düzgün istiqamət vermək lazımdır. Belə olan halda onlar istər-istəməz artıracaqlar.

5 oyuna, 5 qələbə hələ heç nə demək deyil. Komandadakı uşaqların əksəriyyəti tovuzludur. Kənardan 5 nəfər gətirmişəm, onların da üçü əsas heyətdə çıxış edir. İntizam bizim üçün əsas məsələdir.

Əgər mən bura təzə gələndə uşaqların intizamı, məsuliyyəti, özünəinamı 10 faiz idisə, bu gün əminliklə deyərdim ki, bütün komponentlərdə inkişaf gedir. Çox böyük fərq var".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı