MOİK-in rəisi postundan getdi

2 Oktyabr 2019 22:45 I Divizion 1 561
MOİK-in rəisi postundan getdi

"Mən hələ işimi davam etdirirəm". Bu sözləri Sportinfo.az-a açıqlamasında MOİK-in baş məşqçisi Ramin Nəsibov deyib.

O, klubun rəisi Rəşad Quliyevin başqa vəzifəyə keçdiyini bildirib: "MOİK-dən gedən Rəşad müəllimdir. Yaxın günlərdə klubumuza yeni rəis gəlməlidir. Hamımız onu gözləyirik. Rəşad Quliyevə isə komandaya göstərdiyi dəstəyə görə minnətdarıq. MOİK-in ötən mövsüm çempion olmasında Azər Bağırovla yanaşı, onun da xidmətləri danılmazdır. Sözün açığı, yeni rəis hələ təyin olunmadığından, mənə "qal" və ya "get" deyən olmayıb. Yeni gələn rəhbərin mənimlə işləyib-işləməyəcəyini bilmirəm. Biz hazırda öz işimi görürük, sabah komandanı Ağsuya aparırıq. MOİK-in mövsümə uğursuz başladığını deməzdim. Ötənilki heyətdən bir neçə nəfər yayda getdi, kollektivi yenidən formalaşdırmalı olduq. Bəzi futbolçular oldu ki, onlarla son anda razılaşma əldə edə bildik. Bunlar nəticələrə təsir edir. Oyunu götürsək, hamıyla mübarizə aparmaq iqtidarındayıq".

Digər Xəbərlər
Xəbər Lenti