"Neftçi" Qurban Qurbanovun oğlu ilə bacarmadı

1 Oktyabr 2019 19:01 I Divizion 658
"Neftçi" Qurban Qurbanovun oğlu ilə bacarmadı

Bu gün birinci divizionunda 6-cı tura start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Qarabağ-2” və “Neftçi-2”nin matçında meydan sahibləri "ağ-qaralar"ı böyük hesabla məğlub ediblər.

Ağdam klubunun heyətində Qurban Qurbanovun oğlu Musa Qurbanlı dubl edərək bombardirlər yarışında əsas izləyicilərindən bir qədər də aralanıb.

Turun digər oyunları: 3 oktyabr (Keşlə-2 – Turan Tovuz, Ağsu – MOİK, Sabah-2 – Kəpəz). 4 oktyabr (Zaqatala – Qaradağ Lökbatan, Zirə-2 – Səbail-2).

Birinci Divizion. 6-cı tur

1 oktyabr

"Qarabağ-2" – "Neftçi-2" 3:0
Qollar:
Musa Qurbanlı, 50, 76. Zaur Fərzəliyev, 62.

Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Kərim Zeynalov, Rəvan Həmzəzadə.

Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

1 Turan Tovuz 5 5 0 0 14-5 15
2 Sabah-2 5 4 0 1 8-5 12
3 Səbail-2 5 3 1 1 9-6 10
4 Qarabağ-2 5 3 0 2 15-7 9
5 Sumqayıt-2 5 2 2 1 5-4 8
6 Neftçi-2 6 2 1 3 8-7 7
7 Kəpəz 5 1 3 1 6-7 6
8 MOİK 4 1 2 1 5-7 5
9 Zaqatala 4 1 1 2 3-4 4
10 Ağsu 5 1 1 3 5-9 4
11 Zirə-2 4 1 0 3 6-13 3
12 Keşlə-2 4 0 2 2 5-8 2
13 Qaradağ Lökbatan 5 0 1 4 4-11 1

Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ-2") - 6 qol
Tural Qürbətov (MOİK) - 3 qol
Tapdıq Əhmədov ("Zirə-2") - 3 qol
Bahadur Həziyev ("Səbail-2") - 3 qol
Əlibəy Məmmədli ("Neftçi-2") - 3 qol
İlkin Sadıqov ("Turan Tovuz") - 3 qol
Murad Hüseynov ("Turan Tovuz") - 3 qol
İbrahim Əliyev ("Sumqayıt-2") - 3 qol

Qeyd: İntizam Komitəsinin qərarına əsasən II turda "Sumqayıt-2" komandasına 0-3 hesablı texniki məğlubiyyət verilib

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!