"Texniki məğlubiyyət bizə yox, "Sabah"a verilməli idi" - AFFA-nın qərarına etiraz

1 Oktyabr 2019 15:35 I Divizion 780
"Texniki məğlubiyyət bizə yox, "Sabah"a verilməli idi" - AFFA-nın qərarına etiraz

"Binə" U-15 liqasının son turunun "Sabah"la oyununda yaşananlar və AFFA İntizam Komitəsinin verdiyi qərarla bağlı bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi "Facebook" səhifəsi vasitəsilə verilən açıqlamada federasiyanın qərarının təəccüblə qarşılandığı bildirilib. Klub iddia edir ki, texniki məğlubiyyət onlara yox, "Sabah"a verilməlidir:

"AFFA-nın İntizam Komitəsi "Sabah" - "Binə" matçında yaşanan insidentlərə görə komandamıza 0:3 hesablı texniki məğlubiyyət verib.

Bundan əlavə oyunda baş hakim tərəfindən heç bir qırmızı vərəqə göstərilmədiyi halda aşağıda qeyd olunan bu qərarı da heyrətlə qarşıladıq:

"Binə” klubunun 5 №-li futbolçusu Xəyal Ələkbərli və “Sabah” klubunun 4 №-li futbolçusu Əli Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).

Verilən bu qərara əsasən söyləmək olar ki, oyun zamanı video çəkiliş aparan "Sabah" klubu video materialları AFFA-ya təqdim etməyib. Çünki video görüntülərdə oyun zamanı heç bir futbolçuya qırmızı vərəqə göstərilməməsi və heç bir təhlükəsizlik tədbirinin görülməməsi açıq-aşkar əks olunub.

Ayrıca İntizam Komitəsi tərəfindən açıqlanan "Meydan sahibi kluba - təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunur" adlanan qərar da həqiqəti əks etdirmir. Oyun zamanı meydanda heç bir təhlükəsizlik tədbiri görülməmişdi.

"Binə" Futbol Klubu olaraq, əsasnamənin 6.5 maddəsini açıq-aşkar şəkildə pozan, AFFA-nın müəyyənləşdirdiyi əsasnamənin tələblərinə qarşı çıxan "Sabah" klubuna texniki məğlubiyyətin verilmədiyi bu qərarla qəti şəkildə razılaşmırıq. Oyun zamanı meydanda çıxış edən futbolçuların, hakimlərin, texniki zonada olan rəsmi şəxslərin təhlükəsizliyi təmin olmamışdır".

"Binə" Futbol Klubu İntizam Komitəsinin bu qərarına etiraz olaraq, AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət edəcək".

Digər Xəbərlər
Xəbər Lenti