Birinci divizion: hər həftə eyni cəzalar - heç nə düzəlmir!

1 Oktyabr 2019 14:25 I Divizion 438
Birinci divizion: hər həftə eyni cəzalar - heç nə düzəlmir!

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizionun son turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.

Sportinfo.az xəbər verir ki, ən maraqlı hadisələr “Qaradağ Lökbatan” – “Qarabağ-2”, “Neftçi-2” – “Sabah-2" və MOİK - "Turan Tovuz" oyunlarında yaşanıb.

“Qaradağ Lökbatan” – “Qarabağ-2” və “Neftçi-2” – “Sabah-2" matçlarında xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmadığından (minimum 18 yaş) hər iki meydan sahibi klub 80 manat cərimə olunub.

MOİK – “Turan Tovuz” oyununda "hərbçilər" oyunun videoyazısını aparmadığına və matçın protokolunu vaxtında tərtib etmədiyinə görə ümumilikdə 160 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti