"Klubun fəaliyyətini dayandırması bizlik olmadı" - Vitse-prezident

23 Sentyabr 2019 21:00 I Divizion 727
"Klubun fəaliyyətini dayandırması bizlik olmadı" - Vitse-prezident

"Klubun yaşaması üçün son anvadək əlimizdən gələni editk, ancaq hər şey tək bizdən asılı deyil".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şüvəlan"ın sabiq vitse-prezidenti Fikrət Hüseynov deyib.

O, yayda çıxışını dayandıran qəsəbə təmsilçisinin yenidən fəaliyyətrini bərpa etmək perspektivi haqda fikirlərini bildirib: "Şüvəlan" AZAL PFK-nın bazası əsasında yaradılmışdı. İki il ərzində mövcud imkanlarla onu yaşatdıq.

İmkanlarımız o qədər də geniş deyildi. Buna baxmayaraq, qısa müddətdə ölkə futboluna faydalı ola biləcək işlər gördüyümüzü düşünürəm. "Şüvəlan"ın fəaliyyətini dayandırması bizlik olmadı. Səbəbləri həmin vaxt yaydığımız bəyanatda göstərmişik.

Əlbəttə, bu gün də istərdim ki, Şüvəlanda klub olsun. Lakin buna mən qərarı vermirəm. Hər şey "Silk Way" rəhbərliyindən asılıdır. Hələlik onlarla bu barədə söhbətimiz olmayıb.

Ancaq nə vaxt desələr, mən AZAL-ın, yaxud "Şüvəlan"ın fəaliyyətinin bərpa olunması prosesində yaxından iştirak edərəm. Bu, özümə də çox xoş olar.

Çünki 2007-ci ildən 2019-cu ilin yayına kimi bu klublarda çalışmışam, idarəçi kimi böyük təcrübə toplamışam. Həm də ki, Şüvəlanda əla infrastruktura malik bazamız, stadionumuz var. Oranın uzun müddət boş qalmasını istəməzdim".

Digər Xəbərlər
Xəbər Lenti