AFFA "Turan"ı Tovuzdan Bakıya köçürür

2 Sentyabr 2019 15:43 I Divizion 1 303
AFFA "Turan"ı Tovuzdan Bakıya köçürür

AFFA bu gün Tovuz şəhər stadionunda söküntüyə start verib. Sportinfo.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin icazəsi alındığından, artıq arenada yenidənqurma işlərinin aparılmasına heç bir problem qalmayıb.

Stadionun ərazisində yerləşən tikililərin sökülmə prosesi sentyabrın 15-dək davam edləcək. İkinci mərhələdə isə meydançalarla bağlı işlər görüləcək. Ümumiyyətlə, bazada akademiyanın tikilməsi nəzərdə tutulub.

Bəs "Turan Tovuz" bu müddətdə harada yerləşəcək, ev oyunlarını hansı stadionda keçirəcək? Baş məşqçi Azər Bağırov saytımıza bildirdi ki, komandanın Bakıya köçürülməsi planlaşdırılır: "99 faiz belə olacaq. Çünki başqa variant yoxdur. Rəhbərlik hazırda bu kimi təşkilati işləri həll etməklə məşğuldur. Oyunlarımızı isə yəqin ki, yenə Tovuzda keçirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti