Divizionda hər oyunda azı 3 qol vurulur

29 Avqust 2019 19:35 I Divizion 516
Divizionda hər oyunda azı 3 qol vurulur

Azərbaycan I Divizionunda 2-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub. Ötən gün olduğu kimi bu günkü qarşılaşmalar da məhsuldar keçib. Dünən 3 oyunda qapılara ümumilikdə 19 qol vurulmuşdusa, bu dəfə 2 görüşdə 6 qol qeydə alınıb.

Üç qolun vurulduğu “Sabah”la “Zirə”nin əvəzedicilərinin duelində meydan sahibləri əzmkar qələbəyə sevinib. “Ağsu“ isə öz evində məğlubiyyətə üzülüb. MOİK bu tur istirahət edir.

"Ağsu” – “Səbail-2” 1:2
Qol:
Oqtay Məmmədov, 90+1 - Bahadur Həziyev, 42-pen. Əli Sadıxov, 51.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Elmin Süleymanov, Kamranbəy Rəhimov
Ağsu şəhər stadionu. 16:30.

“Sabah-2” – “Zirə-2” 2:1
Qol:
Zahid Mərdanov, 47. Emil Qasımov, 55 – Tapdıq Əhmədov, 33.
Hakimlər: Fərid Hacıyev, Vüqar Bayramov, Rəhman İmami, Rəvan Həmzəzadə
Binə qəsəbə stadionu. 16:30.

30 avqust
“Qarabağ-2” – “Zaqatala”

Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Ruslan Quliyev, Cahangir Yusifzadə
“Azersun Arena”. 16:30.

Digər Xəbərlər
Xəbər Lenti