3 oyunda 19 qol!!! 1-ci divizionda "şıdırğı"..."qol yağışı"

28 Avqust 2019 19:03 I Divizion 917
3 oyunda 19 qol!!! 1-ci divizionda "şıdırğı"..."qol yağışı"

1-ci divizionda 2-ci tura start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.

Hər üç qarşılaşma "məhsuldar" keçib. 3 görüşdə qapılara ümumilikdə 19 qol vurulub. Bu qollardan 10- Tovuzdakı qarşılaşmada qeydə alınıb.

1-ci divizion. 2-ci tur

"Turan Tovuz" - "Qaradağ Lökbatan" 6:4

Qollar: İlkin Sadıqov, 8, 21, Murad Hüseynov, 42, Rüfət Məmmədov, 45, 63, Orxan Lalayev, 76 - Murad Hüseynov, 35 (avtoqol), Sahil Zeynalov, 38, Nurlan Quliyev, 45-pen, Fərid Mahmudov, 90+2.

"Keşlə-2" - "Kəpəz" 2:2

Qollar: İbrahim Novruzov, 21, Elmir Rəhimzadə, 64 - Əli Səmədov, 56, Nodar Məmmədov, 70-pen.

"Sumqayıt-2" - "Neftçi-2" 2:3

Qollar: İbrahim Əliyev, 21, Elnur Cəfərov, 43 - Əlibəy Məmmədli, 7, 11, Asim Əlizadə, 77.

Turun qalan 3 oyunu sabah və birigün keçiriləcək, hər üç qarşılaşmanın start fiti 16:30-da səslənəcək.

29.08.2019 "Ağsu" - "Səbail-2"

29.08.2019 "Sabah-2" - "Zirə-2"

30.08.2019 "Qarabağ-2" - "Zaqatala"

Digər Xəbərlər
Xəbər Lenti