"Zirə"nin "təcili yardım"ı, "Səbail"in xərəkdaşıyanları - "əcaib" divizion

28 Avqust 2019 17:20 I Divizion 1 003
"Zirə"nin "təcili yardım"ı, "Səbail"in xərəkdaşıyanları - "əcaib" divizion

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqda 1-ci divizon klubları barədə də intizam tədbirləri görülüb. Divizion təmsilçilərinin bu qərarlara səbəb olan hərəkətləri isə təəccüb və gülüş doğurur.

Belə ki, I turun “Qaradağ Lökbatan” - “Sumqayıt-2” matçında meydan sahibləri “A” buraxılışından istifadə etməməsinə görə klub 80 manat cərimə olunub. Qaradağ klubu matçın protokolunu vaxtında təsdiq etmədiyinə görə daha 80 manat cərimə ödəyəcək. Belə klubun "peşəkarlığına", bərəkallah!!!

Davam edək, “Sabah-2” klubunun nümayəndəsinin oyun öncəsi iclasda iştirak etməməsinə görə kluba 80 manat cərimə kəsilib. “Zirə-2” – “Ağsu” matçında isə oyun öncəsi iclasda təcili tibbi yardım nümayəndəsi iştirak etməyib, cəzası 40 manat. Gülməlidir, deyilmi? Hələ ardı da var.

"Səbail-2" - "Turan Tovuz" oyununda xərək daşıyan uşaqların yaşları əsasnaməyə uyğun olmamasına görə meydan sahibləri 80 manat cərimə olunublar (minimum 18 yaş olmalıdır).

“Kəpəz” isə 80 manatı MOİK-lə qarşılaşmada “A” buraxılışından istifadə etməməsinə görə ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti