I divizionda ilk tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib.
AZAL Arenada keçirilən "Zirə-2" - "Ağsu" matçında 7 qol vurulub - 3:4. "Sabah-2" iranlı Reza Bigdelonun qolu sayəsində Zaqatala səfərindən 3 xalla dönüb. "Səbail-2" isə öz meydanında "Turan Tovuz"a uduzub.
"Zaqatala" - "Sabah-2" 0:1
Qol: Reza Bigdelo, 70
Qırmızı vərəqə: Bəhruz Teymurov, 24.
"Zirə-2" - "Ağsu" 3:4
Qollar: Seyxan Fərəcov, 21, Tacir Əlizadə, 61, Tapdıq Əhmədov, 66 - Qalib Əmrahov, 10, Ceyhun Rəcəbli, 11, Ramil Əliyev, 55, Malik Babayev, 90.
"Səbail-2" - "Turan Tovuz" 1:2
Qollar: Bahadur Həziyev, 69 - Murad Hüseynov, 44, Elvin ismayılov, 73.
Turun ötən gün baş tutan oyunlarında bu nəticələr qeydə alınmışdı: “Qaradağ Lökbatan” - “Sumqayıt-2” 0:2. “Neftçi-2” – “Keşlə-2” 1:1. “Kəpəz” - MOİK 2:2.

