"Kəpəz"in oyununa azarkeş baxışı - VİDEO+FOTOLAR

23 Avqust 2019 19:25 I Divizion 1 249
"Kəpəz"in oyununa azarkeş baxışı - VİDEO+FOTOLAR

"Kəpəz" I Divizionda yeni mövsümünün ilk oyununu Gəncə stadionunda keçirdi. Çox darıxmışdım stadion, komanda və ümumilikdə futbol üçün. Azarkeşlər o qədər çox olmasa da (300-400) stadionda futbol ab-havası var idi. Azarkeşlərin az olmasını həddən artıq isti hava şəraiti, ya da oyunun geniş reklam olunmaması ilə əlaqələndirmək olar.

"Kəpəz" ilk dəqiqələrdə çox yaxşı təsir bağışlayırdı. Amma qolu MOİK vurdu. Buna baxmayaraq, meydan sahibləri həvəsdən düşmədi ve Novruz Məmmədov hesabı bərabərləşdirdi.

Fikrimcə,"Kəpəz" fiziki cəhətdən hələ zəifdir. Çünki fasiləyə yaxın yorğunluq hiss olunurdu. Amma onu da nəzərə alaq ki, hava isti idi və buna görə hər iki hissədə su fasiləsi elan olundu.

"Kəpəz" ikinci hissədə hucumları artırsa da, yenidən hesabda geri düşdü. Amma çox keçmədi ki, Novruz "status-kvo"nu bərpa etdi. Ümumiyyətlə, oyunun ən yaxşısı da elə Məmmədov idi. Novruz 2 il öncə "Kəpəz"in heyətində Premyer Liqada meydana çıxdığı vaxtları xatırladırdı.

Oyunun gedişində yadda qalan bir neçə hadisə yaşandı. İkinci hissənin sonlarına yaxın elektron tablo xarab oldu. Bu səbəbdən dördüncü hakim Namiq Bəkirov kənara çəkilərək, əvəzetmələrin məşqçilər tərəfindən elan edilməsinə icazə vermişdi.

Azər Əliyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti