AFFA 1 ay öncə Tovuzda, “Turan-Tovuz”un nəzdində Futbol Akademiyası ilə əlaqədar tender elan edib. Tenderdə iştirak etmək istəyənlər təkliflərini AFFA-ya göndərməlidirlər. Şərtə əsasən, “şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi” təqdim olunmayacağı halda, həmin təklif tenderə qatıla bilməyəcək.
Artıq bununla bağlı müddət başa çatıb. Bəs nə yenilik var?
Sportinfo.az-ın bu barədə sorğusuna “Turan-Tovuz”un icraçı direktoru Nadir Nəbiyev cavab verib: “Hazırda sənədləşmə işləri gedir. Bütün sənədlər yığılıb, qalıb biri. O da Fövqəladə Hallar Nazirliyindən asılıdır. Naziliklə daim əlaqədəyik, gəlib yerə baxmalıdılar.
Musa Süleymanov klub prezidenti olan vaxt stadionun girəcəyində qapalı meydançanın dəmir konstruksiyası quraşdırılıb. FHN-nin əməkdaşları onun hazırkı vəziyyətinə baxıb yararlı olub-olmamasına dair rəy verməlidirlər. Həmçinin fikrimiz var ki, bazanı böyüdək, tribunaların altını təmir edək. FHN-dən sonuncu sənədi aldıqdan sonra akademiyanın tikintisi başlayacaq. Bu məsələlərlə AFFA məşğuldur, tez-tez Bakıdan əlaqə saxlayır, sənədləşmənin nə yerdə olması ilə maraqlanırlar».

