"Yaxşı bilirəm, o sifarişi kimlər verib"

11 Avqust 2019 18:03 I Divizion 1 274
"Yaxşı bilirəm, o sifarişi kimlər verib"

«Kəpəz» azarkeşlərinin hamısına hörmətlə yanaşıram, amma olmayan şeyləri demək düzgün deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in təhlükəsizlik xidmətinin rəisi Elmar Əliyev deyib.

O, kluba icraçı direktor təyin olunacağı ilə bağlı xəbərə münasibət bildirmək üçün redaksiyamızla əlaqə saxlayıb:

«Kəpəz»də kim baş məşqçi işləyibsə, rəhbərlikdə olubsa, onlara dəstək vermişik. Çalışmışam, haqsızlığa yol verməyim. Elxan Məmmədovun məni icraçı direktor təyin etməyə hazırlaşması doğru deyil. Rəhbərlik lazım bilsə, indiki işimdə qalacam. Lazım bilməsələr, gedəcəm.

İsgəndər Cavadov kurator, Yaşar Vahabzadə baş məşqçi təyin edilib - biz hər iki şəxsi dəstəkləyirik. İkisi də futbol adamıdı, bu sahəni bilirlər. Ağsaqqallar Gəncə futbolu üçün çalışır, biz də onlara kömək olmalıyıq. Haqqımda o cür sözlərin deyilməsi mənə pis təsir edir. Orda olmağım bəzi insanlara xeyir eləmir. İşlədim, ya işləmədim - mənim üçün fərqi yoxdur. Əsas odur ki, «Kəpəz» inkişaf etsin. Yaxşı bilirəm, o sifarişi kimlər verib. Hər şeyin zamanı var. Hamısı öz cəzasını alacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti