AFFA Elmar Əliyevi "Kəpəz"ə icraçı direktor gətirir

10 Avqust 2019 17:46 I Divizion 1 701
AFFA Elmar Əliyevi "Kəpəz"ə icraçı direktor gətirir

2019/20-ci illər mövsümünə hazırlığın ilk mərhələsini Gəncədə keçirən “Kəpəz” təlim-məşq toplanışı üçün Bakıya yollanıb.

Sportinfo.az-ın xəbərinə görə, komanda bu gündən paytaxtda məşqlərə başlayacaq. “Sarı-göylər” hazırlığı “Dalğa Arena”da keçirəcək. Toplanış çərçivəsində Gəncə təmsilçisi 2 yoxlama oyununda meydana çıxmağı planlaşdırıb.

Qərb təmsilçisi bu günlərdə yeni icraçı direktorunu təyin etməyə hazırlaşır. Gəncədən redaksiyamızla əlaqə saxlayan «Kəpəz» azarkeşləri AFFA-nın həmin vəzifəyə fanklubun rəhbəri Elmar Əliyevi təyin etmək istədiyini bildirib: «Biz bu təyinatın əleyhinəyik. Elmar Əliyev fanklub rəhbəridir. «Kəpəz» üçün az iş görməyib. Hər halda neçə ildir Gəncə futbolu ilə əlaqəsi var. Lakin Gəncənin futbol ictimaiyyəti onu icraçı direktor vəzifəsinə layiq görmür. O, öz şəxsi mənafeyini düşünən şəxsdir. Harda nə marağı varsa, onun arxasınca gedəcək. Əliyevin heç vaxt «Kəpəz»də işləyən rəhbər şəxslərə münasibəti yaxşı olmayıb.

Biz demirik ki, AFFA kənardan kimisə kluba icraçı direktor gətirməklə səhv edir. Dediyimiz odur ki, kim olursa-olsun, iş bacarığı, intellektual səviyyəsi olsun. Bura təcrübəli və savadlı kadr təyin edilməlidir. Elmar Əliyevin sosial şəbəkələrdə yazdıqlarını görsəniz, hər şeyi başa düşəcəksiz. Gəncənin özündə nə qədər savadlı, iş bilən kadr var. Elə biri direktor gətirilməlidi ki, kluba canı yansın, nəsə iş görmək istəsin. Elmar Əliyev elə biri deyil».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti